İstər yeni bir şirkət qurur, istərsə də mövcud biznesinizi genişləndirirsinizsə, hüquqi çətinliklərə təkbaşına qalmaq risklidir. Biz sizə korporativ hüquq sahəsində tam və çevik hüquqi dəstək göstəririk. Aşağıda bu sahədə təqdim etdiyimiz əsas xidmətlərlə tanış ola bilərsiniz. Hüquqi şəxslərin yaradılması və idarəetmə sənədləri: Yeni bir hüquqi şəxs yaratmaq istəyirsinizsə, sizə uyğun hüquqi forma seçməkdən tutmuş, təsis sənədlərinin və nizamnamənin hazırlanmasına qədər hər mərhələdə yanınızdayıq. Filial və nümayəndəliklərin qurulması: Biznesinizi genişləndirmək istəyirsiniz? Ölkə daxilində və ya xaricdə nümayəndəlik və filialların yaradılması prosesində sizə hüquqi dəstək göstəririk. Şirkətlərin birləşməsi, alqı-satqısı və yenidən təşkili: • Payların alqı-satqısı • Şirkətlərin birləşməsi, qoşulması, bölünməsi və ayrılması • Yenidən təşkiletmə proseslərində hüquqi analiz və sənədləşmə Bu proseslərdə risklərin minimallaşdırılması üçün hüquqi ekspertizaya (due diligence) ehtiyacınız varsa, bizim komandaya arxalana bilərsiniz. Müflisləşmə və ləğvetmə ilə bağlı hüquqi dəstək: Müflisləşmə vəziyyətində olan və ya fəaliyyətini dayandırmaq istəyən şirkətlər üçün: • Əmlakın idarə olunması • Restrukturizasiya və sağlamlaşdırma • Likvidasiya və ləğvetmə prosesi üzrə hüquqi müşayiət Əmək münasibətləri və daxili qaydaların tənzimlənməsi: • Direktorlar və icraçılar üçün əmək müqavilələrinin hazırlanması • Etik kodekslərin, uyğunluq qaydalarının tətbiqi və inkişafı • Şirkət daxili nizamnamələrin və qaydaların hüquqi əsaslarla qurulması Rəqabət və antiinhisar qanunvericiliyi üzrə məsləhətlər: Sektorunuzda rəqabət qaydalarına uyğun fəaliyyət göstərmək üçün hüquqi mühitin qiymətləndirilməsi və tövsiyələrin verilməsi ilə sizə dəstəyik.
Müraciət et